ABŞ müharibəyə qoşulsa… – İran hansı cavabı verəcəyini açıqladı

ABŞ müharibəyə qoşulsa… - İran hansı cavabı verəcəyini açıqladı

İran ABŞ-ın İsrailin tərəfində müharibəyə qoşulacağı təqdirdə bölgədəki amerikalı hərbçiləri hədəfə alacağını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Tehran artıq raketlərini və digər hərbi texnikasını hazırlayıb. Hücumların ilk hədəfi isə İraqdakı ABŞ hərbi bazaları olacaq.

İslam Respublikasının bu addımı Vaşinqtonun İsrailin İran əleyhinə başladığı əməliyyata birbaşa dəstək verəcəyi ehtimalı ilə əlaqələndirilir.

ABŞ rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin bölgədə gərginlik sürətlə artır.

Aysel Əliyeva
Globalinfo.az