Tehran ABŞ-la danışıqlara başlayır? – İrandan cavab

180424101419 trump iran sanctions super tease

“İranın heç bir rəsmisi heç vaxt Ağ Evin qapısında alçaldıcı şəkildə dayanmaq üçün müraciət etməyib”.

Globalinfo.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın “iranlılar danışıqlar üçün müraciət edirlər” sözlərinə münasibət bildirərkən qeyd edib.

“Heç bir iranlı rəsmi Ağ Evin qapısında alçaldıcı şəkildə dayanmaq üçün müraciət etməyib. Trampın yalanından daha acınacaqlı olan yeganə şey İranın Ali Liderini “aradan qaldırmaqla” bağlı qorxaq təhdididir”, – nümayəndəlik “X” hesabında paylaşım edib.

Açıqlamada əlavə edilib:

İran təzyiq altında danışıqlar aparmır, zorla qəbul etdirilən sülhü rədd edir, xüsusən də təsir gücünün son qalıqlarına yapışan bir müharibə təhrikçisindən”.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən “iranlılar danışıqlar üçün müraciət edir, lakin artıq çox gecdir” deyib.

photo 2025 06 18 19 04 17

Aysel Əliyeva
Globalinfo.az