Dünyanın ən təhlükəli və güvənli ölkələri – Siyahı

2024-cü ildə xaricə səyahət etməyi planlaşdıranlar üçün dünyanın ən təhlükəli və ən güvənli ölkələri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, siyahı Beynəlxalq SOS şirkəti tərəfindən tərtib edilib.

Siyahı hazırlanarkən ölkənin təhlükəsizlik səviyyəsi, iqlimi, əhalinin fiziki və psixoloji sağlamlıq vəziyyəti nəzərə alınıb.

Dünyanın ən təhlükəli ölkələri siyahısına Cənubi Sudan, Əfqanıstan, Suriya, Liviya və Somali daxil edilib.

Ən güvənli ölkələr siyahısında isə Danimarka, İsveçrə, Norveç, Lüksemburq və İslandiya yer alıb.

Əliyar Xəlil
Globalinfo.az