“Balkanların Nostradamusu” kimi tanınan və 11 sentyabr hücumları, 2004-cü ildə Hind okeanında baş verən dağıdıcı sunami və Rusiya ilə Ukrayna arasındakı müharibə ilə yanaşı, Barak Obamanın ABŞ prezidentliyini proqnozlaşdıran Vanqanın açıqlamaları 2024-cü ilə uyğunlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, Vanqanın 2024-cü ildə dünyada böyük dəyişikliklərin olacağını proqnozlaşdırdığı deyilir.
Proqnoza əsasən bu il iki elmi kəşfin dünyanın gedişatını birdəfəlik dəyişəcəyi iddia edilir:
“Vanqa xərçəngə qarşı dərman hazırlanacağını və bu xəstəliyin aradan qalxacağını, digər tərəfdən QİÇS-in yox olacağını bildirib”.
Həmçinin bu il “neft əsri”nin sona çatacağı da proqnozlaşdırılıb.
Zaira Akifqızı
Globalinfo.az