sehitler memleketine ulasamadi ucak pisti pas 19253107 9122 amp

Türkiyəyə məxsus C-130 təyyarəsinin Gürcüstanda qəzaya uğraması zamanı şəhid olan bursalı hərbçilər Serdar Uslu və Ramazan Yağızın cənazələrinin Bursaya gətirilməsinə dumanlı hava şəraiti çətinlik yaradıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.

Şəhidlərin nəşini daşıyan təyyarə Bursa Yenişehir Hava Limanına qatı duman səbəbindən enə bilməyib və təxminən bir saat havada dövrə vurub.

Daha sonra təyyarə digər şəhidi çatdırmaq üçün Balıkesirə yönləlib. Dumanın çəkilməsindən sonra təyyarə yenidən Bursaya qayıdıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: