Avqustun 1-də saat 07:30 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB APA-nın sorğusuna cavab olaraq bildirib ki, onlardan 1965-ci il təvəllüdlü şəxsə açıq kəllə beyin travması, ağır dərəcəli baş-beyin əzilməsi, bud sümüyünün sınığı, komatoz vəziyyət, 1971-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Hər iki yaralı tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə yerində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.


***09:12
Hacıqabulda təcili yardım avtomobili qəzaya düşüb, ölən və yaralananlar var.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomagistral yolunda baş verib.
Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin sürücüsü idarəetməni itirərək əvvəlcə “KamAZ” markalı yük avtomobilinə, daha sonra yolu iki hissəyə ayıran dəmir məhəccərə çırpılıb.
Qəza zamanı ölən və yaralananlar var.
Faktla bağlı araşdırma başlanıb.















