TƏCİLİ: Ukrayna ordusu Rusiyanın Tver vilayətinə hücum etdi – VİDEO

TƏCİLİ: Ukrayna ordusu Rusiyanın Tver vilayətinə hücum etdi - VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusyanın Tver vilayətinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” Teleqram kanalı məlumat yayıb.

Yerli sakinlər partlayışların və hava hücumundan müdafiə əməliyyatlarının görüntülərini yayıblar.

Məlumata görə Tverin yaxınlığındakı Miqalovo mikrorayonunda yüksək atışma səsləri eşidilməyə başlayıb.

Bir neçə hava hədəfi artıq vurulub. Hələlik hücumla bağlı rəsmi məlumat yoxdur.

Müşviq tofiqoğlu
Globalinfo.az