
Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin saxlanılması ilə bağlı təfərrüat məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə E1.ru məlumat yayıb.
Məlumata görə, Mütvəli Şıxlinskinin evində axtarış aparılacaq.
Hazırda o, 91-ci maddə ilə iki sutkalıq həbsdədir. Bundan sonra məhkəmə olacaq. Saxlanılan şəxsin atası Şahin Şıxlinski gizlənir. Onun barəsində Moskvada cinayət işi açılıb.
**₼
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiribər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq mühafizə orqanının əməkdaşı yerə yıxılıb.
Mutvalının bu gün axşam saatlarında məhz həmin epizoda görə saxlanıldığı, onun barəsində RF Cinayət Məcəlləsinin 318-ci maddəsi ( hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açıldığı bildirilib.
***
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlənskinin oğlu Yekaterinburqda saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Kanalın yaydığı məlumata görə, Şıxlınskinin oğlu Mutvali Şıxlınski atası həbs edilən zaman avtomobili asayiş keşişkiçərinin üzərinə sürməkdə ittiham olunur.
Xatırladaq ki, daha öncə Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda xüsusi amansızlıqla saxlanılıb. Daha sonra onun sərbəst buraxıldığı haqda məlumat yayılıb.
Əliyar Xəlil














