TƏCİLİ: Rəisinin helikopterinin yeri tapıldı: azərbaycanca danışırlar… – VİDEO

TƏCİLİ: Rəisinin helikopterinin yeri tapıldı: azərbaycanca danışırlar… - VİDEO

“İran prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib”.

Globalinfo.az xəbər verir ki, bunu SEPAH-ın Şərqi Azərbaycan üzrə komandanı deyib.

Ordu komandanı bütün qüvvələrin hadisə yerinə doğru getdiyini bildirib:

“Bir neçə dəqiqə əvvəl qəza yerində helikopterdən və ekipaj üzvlərindən birinin mobil telefonundan siqnal daxil olub. Hazırda biz bütün hərbi qüvvələrlə sözügedən bölgəyə yola düşürük. Ümid edirəm ki, xalqa müjdə verə biləcəyik”.

Prezidentin axtarışlarına cəlb edilən xilasedicilərin İranda yaşayan azərbaycanlılar olması və azərbaycanca danışmaları diqqət çəkib.