Qənirə Paşayeva komaya düşdü: səbəbi bilindi… – VİDEO

Qənirə Paşayeva komaya düşdü: səbəbi bilindi... - VİDEO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın həmkarları Mərkəzi Klinikaya gəliblər.

***

Deputat Qənirə Paşayevanın qəbul etdiyi dərmana görə komaya düşdüyü bildirilib. Onun vəziyyəti stabil-ağırdır.

***11:41

Millət vəkili Qənirə Paşayevanın komaya düşdüyü iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə RTV məlumat yayıb.

Bildirilib ki, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib. Deputat yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.