TƏCİLİ! İsrail ordusu Qəzzaya belə girdi – VİDEO

TƏCİLİ! İsrail ordusu Qəzzaya belə girdi - VİDEO

İsrail ordusunun Qəzzaya girməsinin görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” orduya istinadən məlumat yayıb.

Bildirilib ki, iki bölmə Qəzzanın mərkəzinə irəliləyir.

Qeyd edək ki, son günlər şəhər güclü hava zərbələrinə məruz qalıb.

İsrail ordusu dağıdılan çoxmərtəbəli binaların HƏMAS tərəfindən istifadə edildiyini açıqlayıb. Bu bəyanatdan sonra şəhərə piyada qoşunlar və tanklar yeridilib.

Rəsmi Təl-Əvivdən verilən məlumata görə, Qəzzada 2 mindən 2,5 minədək döyüşçü qalıb.

Eyni zamanda, yüz minlərlə mülki sakin şəhəri tərk edir. Onlar hamısı Qəzzanın cənubunda yaradılan humanitar zonaya istiqamətlənir.