2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun qalıqlarının tapılması haqda məlumat yayılıb.
Bu barədə Globalinfo.az-a İmişli rayon sakinlərindən məlumat daxil olub.
Məlumata görə, Rasim qətlə yetirilib. Məlumatda iddia edilir ki, guya Rasimi öldürüb, qonşuluqda basdırıblar. Bunu orada olan mühafizəçinin gördüyü deyilir. O da iddia edilir ki, mühafizəçi təhdid edildiyi üçün susurmuş. Amma sonradan o, hər şeyi polisə açıb danışıb. Bundan sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Qalıqlar adamın dediyi yerdən çıxarılıb, hazırda sümükləri ekspertiza üçün aparıblar.
Başqa mənbələr isə bildirir ki, yayılan məlumat doğru deyil. Rasimə aid heç bir qalıq tapılmayıb və həbs edilən yoxdur.
Zaira Akifqızı
Globalinfo.az














