TƏCİLİ: HƏMAS lideri öldürüldü – Rəsmi

TƏCİLİ: HƏMAS lideri öldürüldü - Rəsmi

İsrailin xarici işlər naziri İsrael Katz “7 oktyabr 2023-cü il qırğınından məsul olan Sinvar İsrail ordusu əsgərləri tərəfindən öldürülüb” deyib.

İsrail ordusu da HƏMAS Siyasi Bürosunun lideri Yəhya Sinvarın ölümünü təsdiqləyib.

***18:55

“HƏMAS lideri Yəhya Sinvar Qəzzada məhv edilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik sistemindəki mənbə məlumat yayıb.

Mənbə Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında öldürüldüyünü təsdiqləyib.

Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti də məlumat yayıb.

Daha əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağında son əməliyyatlardan birində Fələstin radikal qruplarının məhv edilmiş üzvləri arasında HƏMAS lideri Yəhya Sinvarın olub-olmaması ilə bağlı məlumatları yoxladığını açıqlamışdı.

Telekanal xatırladıb ki, əvvəllər həbsxanada olduğu üçün İsraildə Sinvarın DNT nümunəsi var. Bu, İsrailə ən çox axtarılan HƏMAS liderinin məhv edilib-edilmədiyini tam əminliklə yoxlamağa imkan verəcək.

Bu arada İsrail ordusu Sinvarın aradan qaldırılması ilə bağlı Ağ Evə və ABŞ Milli Təhlükəsizlik Şurasına məlumat verib. Bu barədə öz mənbəsinə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

“Ağ Ev və Milli Təhlükəsizlik Şurası Sinvarın öldürüldüyü əməliyyatla bağlı İsrail ordusu tərəfindən məlumatlandırılıb”, -deyə Amerikanın müdafiə nazirliyindəki mənbə telekanala bildirib.

Eyni zamanda İsrailin müdafiə naziri Yoav Qalant da HƏMAS liderinin mütləq aradan götürüldüyünə eyham vuran paylaşım edib.

“Biz hər bir terrorçuya çatacağıq və onları məhv edəcəyik”, – deyə nazir vurğulayıb.

İsrail ordusu HƏMAS Siyasi Bürosunun lideri Yəhya Sinvarın ölümünü təsdiqləyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az