i

Rusiyanın Adıgey vilayətində hoteldə güclü yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli “Telegram” kanallar məlumat yayıb.

Hotelin saunasından başlayan yanğın qısa zamanda bütün binaya yayılıb. Alovun digər korpusa da keçdiyi bildirilir.

Əraziyə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hoteldən qonaqların və personalın təxliyəsinə başlanılıb.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.


Əliyar Xəlil
Globalinfo.az

Paylaş: