Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
O bildirib ki, İrəvan Bakıdan Ermənistanın təkliflərinə cavabı çərşənbə axşamı alıb.
“Bu gün biz Azərbaycan tərəfindən sülh müqaviləsi layihəsi (11-ci bənd) ilə bağlı cavab təkliflərini aldıq”, – deyə Badalyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














