Rus ordusu bu istiqamətdə Ukrayna cəbhəsini yardı

Rusiya qoşunları Avdeevkanın şimal-qərbində Ukrayna cəbhəsini yarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat dərc edib.

Nəşr bildirir ki, Rusiya Silahlı Qüvvələri dəmir yolu ilə Ukrayna mövqelərinə 3 km irəliləyərək Oçeretino kəndinə daxil olub.

“Ukrayna Silahlı Qüvvələri bir neçə ay ərzində bu istiqamətdə müdafiəni uğurla həyata keçirib. İndi isə ukraynalı müdafiəçilər naməlum səbəbdən mövqelərini tərk ediblər. Bu barədə həm Rusiya, həm də Ukrayna zabitləri məlumat verir. Ərazinin tərk edilməsinin səbəbləri bəlli deyil. Rusiya mənbələri bu irəliləyişin əhəmiyyətini və miqyasını şişirtməyə çalışır”, – nəşr yazıb.

Nəşr bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadası artıq Oçeretino kəndi yaxınlığında rus ordusu ilə döyüşə başlayıb. Yaxınlıqdakı Novokalinovo kəndi uğrunda şiddətli döyüşlər gedir.

Əliyar Xəlil
Globalinfo.az