ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı bəzi razılıqlar əldə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Qeyd olunur ki, ABŞ Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir.
ABŞ və Ukrayna prezidentləri faydalı qazıntılarla bağlı sazişin tezliklə imzalanması barədə razılığa gəlib.
“Reuters” agentliyinin məlumatına görə isə Ukrayna ABŞ-ın 30 günlük atəşkəs haqqında təklifini qəbul etməyə və davamlı sülhün bərpası istiqamətində addımlar atmağa razılaşıb.
“İndi Ukraynada sülh məsələsində top Rusiyadadır. Kiyev müsbət addım atdı və ümid edirik ki, Moskva da qarşılıq verəcək”, – ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Rusiya ilə yaxın günlərdə danışıqlar aparacağıq”, – ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Mayk Uolts qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














