Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fabrikdə baş verən yanğında 6 kişi tüstüdən zəhərlənib.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 6 kişi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar.
Onlardan birinə sağ əlin yanığı, birinə isə özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.
***14:11
Bu gün saat 11:00 radələrində Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Qeyd olunub ki, əlavə məlumat veriləcək.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.














