Tayvanın Şanşan sənaye zonasında güclü yanğın baş verib.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün rayon yanğından mühafizə bölməsi 39 texnika və 79 mütəxəssis göndərib.
Məlumata görə, fabrik işçiləri yanğın bölgəsini tərk ediblər. Ölənlər barədə məlumat yoxdur. Hadisənin təfərrüatları müəyyənləşdirilir.














