Tayvandan müharibə hədələrinə CAVAB

tayvan 0

Tayvan öz müdafiəsi məsələsində başqalarına güvənməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Tayvanın xarici işlər naziri Lin Tszya Lun deyib.

O, ABŞ prezidentliyinə namizəd Donald Trampın “Tayvan öz müdafiəsinə görə ABŞ-a ödəniş etməlidir” sözlərinə də cavab verib:

“Tayvan müdafiəsi üçün lazım olduğu qədər ödəniş edir. Adanın müdafiə xərcləri bundan sonra da artacaq”.

Qeyd edək ki, Tramp bundan öncə çıxışından Çinin Tayvan ətrafında müharibəyə başlayacağını deyib.

Əliyar Xəlil
Globalinfo.az