makron yeni

Parisdə bir sıra məscidlərin yaxınlığında üzərində Fransa Prezidenti Emmanuel Makronun soyadı yazılan donuz başları tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “L’ Humanite” nəşri məlumat yayıb.

“20-ci və 15-ci rayonlardakı Mareuil küçəsindəki məscidin qarşısında, həmçinin 18-ci dairədə tapılan çamadanda heyvan cəsədləri aşkarlanıb. Tapılan donuz başlarından birinin üzərində mavi rəngdə “Makron” yazısı olub”, – deyə bildirilib.

Qeyd edək ki, bir müddətdir Fransada E.Makronun fəaliyyətindən narazılıq olduğu bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: