Ermənistanın Tavuş vilayətində hərbi yük maşını ilə avtobus toqquşub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, heç bir hərbçi xəstəxanaya yerləşdirilməyib.
Qeyd edək ki, daha öncə Voskan Sarkisyan adlı sosial şəbəkə istifadəçisi hərbi yük maşını ilə mikroavtobusun toqquşması nəticədə 6 nəfərin xəsarət aldığı barədə məlumat vermişdi.
Ermənistan Müdafiə Nazirliyi ilə sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib. Qəza nəticəsində heç bir hərbçinin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














