Türkiyənin məşhur müğənnisi, “İmperator” ləqəbli İbrahim Tatlıseslə qardaşı Hüseyn Tatlı arasında qalmaqal yaşanıb.
Globalinfo.az xəbər verir ki, daha əvvəl də qızı Dilan Çıtak və oğlu Ahmet Tatlı ilə gərginlik yaşayan müğənninin bu dəfə də qardaşı ilə arasında mübahisə olub.
Məlumata görə, İbrahim Tatlıses qardaşına “səndən bir şey olmaz” deyib. Hüseyin Tatlısəs də bu sözə görə qəzəblənib.
“Adama deyərlər ki, əyri otur, düz danış. Mənə “oğlum, səndən bir şey olmaz, özünü yorma” demisən? Aramızda əsla elə bir dialoq olmayıb. Yalan demisən, sənə yaraşmadı. İlk dəfə mənə 2000-ci ildə musiqi albomu yayımlamağa kömək etdin, daha sonra hamısını satışdan yığışdırdın. Halbuki 360 min ədəd satılmışdı. “Kral TV”dən klipimi sildirdin, Avstraliyadan məni çağırdılar, yerimə Ebru Yaşarı göndərdin. Bir il əvvəl Bodruma yanına gələndə “Yallah şöför” mahnısını oxumuşdum, sənə paylaşmağını dedim, amma etməyəcəyini söylədin. “Biz qardaşıq, burada nə var ki?” deməyimə fikir vermədin. Əgər həqiqətən dəstək olsaydın, prodüser Polat Yağcıya məni komandanıza almağı, ən azından bir mahnı çıxarmağımızı tapşırardın. Buna rəğmən, məndən bir şey olmasaydı, o zaman səni alqışlayardım. Hələlik bu qədər kifayətdir, anamın oğlu”, – Hüseyin Tatlı cavabında bildirib.
Əliyar Xəlil
Globalinfo.az














