Sülhməramlılar jurnalistlərimizə mane olmaq istədi – VİDEO

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-ü Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsində olublar. Rus sülhməramlılar əvvəlcə Azərbaycanın dövlət qurumlarının işinə maneçilik törətməyə çalışıblar.

Globalinfo.az bildirir ki, hadisənin görüntülərini əks etdirən video və fotoşəkillər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bu gün isə İctimai TV səfərə dair geniş videoreportaj təqdim edib.

Videoreportajda Rusiya sülhməramlıları dəhlizdə apardıqları yoxlanışların effektiv olmadığını etiraf edirlər. Kadrlardan qondarma, separatçı rejimin “polislər”inin sülhməramlıların arxasında gizləndiyi aydın şəkildə görünür.

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov jurnalistlərə açqılamasında Azərbaycan toponimlərinin istifadə edilməsi, həmçinin 14 İran vətəndaşının Azərbaycan ərazinə neçə keçməsi barədə sualı cavablandırır.

Həmin reportajı təqdim edirik: