Tarixin ən zəngin boksçusu müflis oldu

Tarixin ən zəngin boksçusu müflis oldu

Tarixin ən zəngin boksçusu Floyd Meyvezer tamamilə müflis olub. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, boksçu ilə bağlı şok xəbəri məşhur amerikalı jurnalist Stiven Ey Smit açıqlayıb.

Jurnalistin qeyd etdiyi kimi, Meyvezer bu yaxınlarda Nyu-Yorkda daşınmaz əmlaka 402 milyon dollar sərmayə qoyub, lakin bu, fırıldaqçılıq sxemi olub.

Meyvezer bütün zamanların ən zəngin boksçusu hesab olunur. Məşhur Sportico resursunun son məlumatlarına görə, Floydun sərvəti hazırda 1,15 milyard ABŞ dollarıdır.

Eyni zamanda, xatırladırıq ki, GiveMeSport portalının məlumatına görə (2025-ci ilin əvvəlinə) Floyd Meyvezerin ümumi qazancı 400 milyon dollar olaraq qiymətləndirilir. Corc Forman ikinci, meksikalı boksçu Saul Alveres isə üçüncü olub. Reytinqdə həmçinin ukraynalı boksçu Aleksandr Usik də var – o, 6-cı yerdədir.