Tarixi razılaşma: Rusiya və Ukrayna bu şəxsləri dərhal dəyişəcək

Tarixi razılaşma: Rusiya və Ukrayna bu şəxsləri dərhal dəyişəcək
Rusiya və Ukrayna arasında indiyədək ən böyük əsir mübadiləsinin baş tutacağı gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən danışıqlardan sonra Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski açıqlama verib.

Medinskiyə görə, yeni mübadiləyə 1000-dən 1200-ə qədər əsir daxil ola bilər. O bildirib ki, tərəflər ağır yaralı hərbçilərin daimi əsasda dəyişdirilməsinə dair razılıq əldə ediblər.

“Biz razılaşdıq ki, hər iki ölkə daimi fəaliyyət göstərəcək tibbi komissiyalar yaradacaq. Bu komissiyaların qərarları əsasında, siyasi qərarları gözləmədən ağır yaralı döyüşçülərin siyahısı hazırlanacaq”, – deyə Medinski vurğulayıb.

Onun sözlərinə görə, bu mübadilələr müntəzəm, işgüzar qaydada və paritet əsasda aparılacaq.

“Yaralıların sağalması üçün ən yaxşı yer vətəndir”, – deyə o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az