Tanınmış siyasətçi biabır oldu: hamamda ikən… – ANBAAN VİDEO

Rumıniyalı siyasətçi Alberto-İosif Karayan parlament iclasına birbaşa hamamdan videobağlantı vasitəsilə qoşulub.

Globalinfo.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə Teleqram kanallarında video görüntülər yayılıb.

Görüntülərə əsasən, rumıniyalı siyasətçi hamamda duş qəbul edərkən, təsadüfən kameranı işə salıb və bunun fərqinə varmayıb.

İclas zalında gülüş səslərindən sonra Karayan məsələni anlayıb və panikaya qapıldığından kameranı söndürə bilməyib.

“Kameranı bağlaya bilmirəm, üzr istəyirəm. Həddən artıq soyuqdəyməm var, bu səbəbdən bu görüntü alındı, amma kameranı necə bağlayacağımı bilmirəm”, –  deyə siyasətçi üzr istəyib.

Həmin görüntüləri təqdim edirik: