Tanınmış şirkətin əməkdaşı iş yerində öldü

Tanınmış şirkətin əməkdaşı iş yerində öldü

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən “Siyəzən Broyler” ASC-nin yeməkxanasında baş verib.

Şirkətin əməkdaşı, 1963-cü il təvəllüdlü Rəfiqə Hacı qızı İsaqovanın halı iş yerində qəfil pisləşib və dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.