Türkiyədə tanınmış jurnalist Fatih Altaylı barəsində cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
İstanbul Baş Prokurorluğu 20 iyun 2025-ci il tarixində sosial media üzərindən yayımlanan proqramda jurnalistin Prezident Rəcəb Tayyib
Ərdoğanı hədəf alan və təhdid xarakterli ifadələr işlətdiyini iddia edərək, ona qarşı “Prezidenti təhdid etmək” maddəsi ilə istintaq başladıb.
Başlanan istintaq çərçivəsində Fatih Altaylı bu gün axşam saatlarında saxlanılıb və polis nəzarətinə götürülüb.
Hazırda jurnalistin ifadəsi alınır, istintaq davam edir.
Aysel Əliyeva
Globalinfo.az