mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı danışıb.

Belə ki, Mirzoyan Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzinin “Ermənistan eyni anda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü ola bilməz. İki toyda eyni vaxtda rəqs etmək mümkün deyil”,  sözlərinə belə cavab verib:

“Biz ilk olaraq demişik ki, bunun birləşdirilməsi mümkün deyil”.

Mirzoyan əlavə edib ki, vaxtı gələndə Ermənistan bununla bağlı öz qərarını verəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: