Tanınmış aparıcı “Xəzər TV”dən ayrıldı – FOTO

 

Aparıcı, aşpaz Ağakərim Əbülfəzoğlu “Xəzər TV” ilə yollarını ayırıb.

Globalinfo.az  xəbər verir ki, 10 ildir kanalda yeməklə bağlı proqram aparan Ağakərim bir aydır bu qərarı verdiyini bildirib:

“1 aya yaxındır ki, sözün əsl mənasında depressiyadayam. “Xəzər TV” mənim üçün çox doğma və əzizdir. Lakin bu hekayə bura qədərmiş. Dəyişiklik, yenilik, yeni nəfəs, yeni ruh olmalıdır. Bunun üçün də “Xəzər TV”dən öz xahişimlə ayrıldım. İnşallah görüşmək ümidi ilə”.

Qeyd edək ki, Ağakərim sözügedən kanalda “Mətbəxin ağası” proqramına aparıcılıq edirdi.