Tanınmış aparıcı teatra gedə bilmir – Səbəb

Aparıcı Elgiz Əkbər uzun müddətdir yaşadığı problemdən danışıb. 

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda verilişində bəhs edən aparıcı çox yatdığını deyib. O bildirib ki, qaranlıq məkanlarda yuxuya getdiyi üçün uzun zamandır ki, teatrlara getmir:

“Teatra gedəndə biabır oluram. İşıqlar sönən kimi məni yuxu tutur. Bir də tamaşaçılar alqışlayanda yuxudan oyanıram. Bu, özümdən asılı deyil. Məni videoya çəkib deyirlər ki, Elgiz teatra gəlib, “xor-xor” yatır, utanmır. Tək mən belə deyiləm. Öyrəndim ki, bir çox insanlar belə hal ilə üzləşir”.