Taliban Avropa ilə ticarət etmək istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ariana News” məlumat yayıb.
Məlumata görə, Əfqanıstan hökumətinin nümayəndələri Avropa İttifaqı (Aİ) İ ilə ölkənin Ümumdünya Ticarət Təşkilatına qayıtması məsələsini müzakirə edib.
Nəşr yazır ki, Əfqanıstanın sənaye və ticarət nazirinin müavini Maulavi Əhmədullah Zahid Aİ-nin ölkəsindəki müvəqqəti işlər vəkili Veronika Boskoviç-Pohar ilə görüşüb.
Söhbətin əsas mövzusu Əfqanıstanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün bərpası və ticarət əməkdaşlığının inkişafı olub.
Əliyar Xəlil














