
“Taliban” 7 milyard dollar dəyərində silahı ABŞ-a qaytarmaqdan imtina edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, “Taliban” ABŞ-dan Əfqanıstandan tələsik geri çəkilərkən Amerika hərbçilərinin geridə qoyduğu silahların qaytarılmasının müqabilində İŞİD-lə mübarizə üçün onlara daha müasir silahlar verməsini tələb edib.
Qeyd edək ki, Prezident Donald Tramp “Taliban”a ABŞ silahlarını geri qaytarması üçün çağırış etmişdi.