boris pistorius1 1

Rusiya 2029-cu ildən əvvəl NATO-ya hücum edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O, Moskva ilə potensial münaqişə üçün vaxt cədvəlinə yenidən baxmağa çağırıb.

Nazir əlavə edib ki, təxminlər dəyişməyə başlayır:

“Mütəxəssislər iddia edirlər ki, hücum 2028-ci ildə mümkün ola bilər. Biz NATO-nun özünü müdafiə etmək iqtidarında olmadığı təəssüratı yaratmamalıyıq. Nə olursa olsun, döyüşə hazır silahlı qüvvələrimiz var, amma onları daha da yaxşı təchiz etməliyik”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: