Şuşada bayram namazı qılındı – VİDEO

Mərhəmət, birlik və həmrəylik kimi yüksək dəyərləri aşılayan müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar Şuşada bayram namazı qılınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Bayram namazından sonra xütbə oxunub və ölkəmiz, xalqımız üçün dualar edilib.