İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.

Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 798 000 000 (yeddi yüz doxsan səkkiz milyon) manatdan 893 000 000 (səkkiz yüz doxsan üç milyon) manata yüksəldilib.