Şuşa “Xarıbülbül” festivalı ərəfəsində – FOTOLAR/YENİLƏNİB

Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB

“Xarıbülbül” Festivalının qonaqları Şuşa şəhərinə toplaşır.

Globalinfo.az xəbər verir ki, 9-11 may tarixlərində keçiriləcək “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB

***

Xəbər verdiyimiz kimi, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu ərəfədə Şuşa festival ab-havasına bürünüb.

Qeyd edək ki, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB

Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB

Şuşa "Xarıbülbül" festivalı ərəfəsində - FOTOLAR/YENİLƏNİB