Sürücülərin nəzərinə: dumanlı hava…

Sürücülərin nəzərinə: dumanlı hava...

Aprelin 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bununla əlaqədar olaraq magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.