Suriya hökumət qüvvələri Suveyda şəhərindən çıxmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatlar Dəməşqə yaxın informasiya resurslarında yayımlanıb.
Hazırda şəhərin müxtəlif hissələrində ordu texnikasının və şəxsi heyətin geri çəkilməsi müşahidə olunur. Rəsmi mənbələr hələlik gələcək planlarla bağlı ətraflı açıqlama verməyib.
Qeyd edək ki, Suveyda son günlər İsrailin hava zərbələri və yerli qarşıdurmalar fonunda diqqət mərkəzində idi.
Tahir Turan
Globalinfo.az














