Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ölkədə kürd birləşmələri ilə yaşanan qarşıdurma fonunda kritik fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, fərman kürd icmasının hüquqlarının qorunmasına, o cümlədən etnik və dil ayrı-seçkiliyinin aradan qaldırılmasına yönəlmiş tədbirlərin rəsmi əsası kimi təqdim edilib.
Şaraa kürdlərin bərabərhüquqlu vətəndaş kimi hüquqlarının təmil edildiyini bildirib. O, həmçinin ölkəsindən didərgin düşmüş kürdləri geri qayıtmağa çağırıb və bunun yeganə şərtin silahlarını yerə qoymaları olduğunu söyləyib.
Fərmana əsasən, kürd dili ölkədə dövlət dili kimi tanınır və Novruz milli bayram hesab edilir.
Əliyar Xəlil
Globalinfo.az