Rus generallar Putinə qarşı: Moskva üçün dəhşətli ssenari masada

Rusiyanın hərbi rəhbərliyi Prezident Vladimir Putini hücum fəaliyyətlərini bitirməyə və müdafiə əməliyyatlarına keçməyə inandırmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ Müharibə Tədqiqatları İnstitutunun analitikləri çıxış ediblər.

“Müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimov Ukraynanın əks-hücumu təhdidini dərk etsələr də, Putinin tələbi ilə mənasız hücum əməliyyatları üçün hərbi dəstək göndərilməsini təmin edirlər”, – məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə ehtiyatda olan amerikalı general Ben Hoces Ukraynanın yeni əks-hücumu zamanı əsas hədəfin Krımla Rusiya arasında əlaqənin kəsilməsi olacağını bildirmişdi. O bundan sonra Krımı təcrid şəraitində saxlamaqla Rusiyanın burada oyundankənar vəziyyətə salınacağını söyləmişdi.

İlkin Həsənov
Globalinfo.az