Hazırda Ukraynanı NATO-ya dəvət etməmək üçün heç bir obyektiv arqument yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
“Burada bizə qarşı yalnız iki subyektiv kontur-arqument var. Xüsusilə, NATO-da bəzi insanlar var ki, bizim alyansa üzvlüyümüzə illərlə qarşı olub. Onlar indi mövqelərini dəyişməklə zəif görünmək istəmirlər. Söhbət ABŞ və Almaniyadan gedir. Slovakiya və Macarıstan isə tamam ayrı hekayədir” – deyə o bildirib.
Kuleba ikinci faktorun Rusiya ilə sövdələşmə məsələsi olduğunu deyib:
“Bəzi başlar var ki, ölkə liderlərinin kabinetinə gəlib deyirlər ki, əgər sabah Rusiya ilə danışıqlar olsa, bu danışıqların predmeti nə olacaq?
Daha doğrusu Rusiya ilə necə sövdələşmək olar? Bunlardan biri isə Ukraynanın NATO üzvlüyü ilə bağlıdır. Ona görə də liderlərə deyirlər ki, qərar verməyə tələsməsinlər, çünki əlimizdə çox kart yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az