Sumqayıtdakı yanğın söndürüldü – FOTOLAR

Sumqayıtdakı yanğın söndürüldü - FOTOLAR

Sumqayıt şəhəri Sülh prospektində yerləşən “Jalə” ticarət mərkəzində başlayan yanğın tam söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***09:38

Sumqayıt şəhərində “Jalə” ticarət mərkəzində baş vermiş yanğın FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Fotolar “Report”a məxsusdur

Sumqayıtdakı yanğın söndürüldü - FOTOLAR
Sumqayıtdakı yanğın söndürüldü - FOTOLAR
Sumqayıtdakı yanğın söndürüldü - FOTOLAR