1757858149.41e488f3 8f15 33ee a578 ac711de97876 825 1

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

***

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb.

Globalinfo.az report-a istinadən xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Döl aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: