Şəhidlər Xiyabanında ağlasığmaz hadisə… – Rəsmi açıqlama

Vətən müharibəsində şəhid olan Əli və İslam Əhmədovların anası Sevinc Əhmədovaya qarşı oğurluq əməli törədilib.

Globalinfo.az xəbər verir ki, o, 2 gün öncə oğullarının məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedib. Məzarları təmizləyərkən dəsmal yumaq üçün uzaqlaşan S.Əhmədova çantasını orada qoyub. Bu zaman onun çantasından telefon və pulqabı oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub:

“Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir”.

Ayşən Mustafa
Globalinfo.az