Sumqayıtda kişi döyülərək öldürüldü: iki oğlu saxlanıldı

Sumqayıtda kişi döyülərək öldürüldü: iki oğlu saxlanıldı

44 yaşlı A. Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 21-də axşam saatlarında Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğlanlarıdır.

***18:06

Sumqayıtda iki qardaş atalarını döyərək qətlə yetirməkdə şübhəli bilinir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Bədirov Zeyd Aslan oğlu və onun bir yaş kiçik qardaşı, 2009-cu il təvəllüdlü Bədirov Saleh Aslan oğlu ailə münaqişəsi zəminində ataları – 1981-ci il təvəllüdlü Bədirov Aslan Akif oğlunu döyərək qətlə yetiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***17:42

Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə ötən axşam saatlarında şəhərin Sülh prospektində baş verib.

İlkin ehtimallara əsasən, 1981-ci il təvəllüdlü Akif Bağırov oğlu ilə mübahisə edib.

Yaranan mübahisə zamanı oğul atasının baş nahiyəsinə daşla zərbə endirib.

Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.