Sumqayıtda direktor şagirdlərdən pul tələb edib?

Sumqayıtda direktor şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un soğrusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:

“Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək”.