Sumqayıtda ağır qəza: Xəsarət alanlar var – VİDEO

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Belə ki, sürücü idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə üç nəfər xəsarət alıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.