Sumqayıtda Çerkassi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az verir ki, “Hyundai” və “Kia” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.














